Azərbaycanlılar ən çox bu 6 ölkənin vətəndaşları ilə evlənirlər

8
Okt
11:35
thumb_down 0

Bu ilin 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb.

Seher.Media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır.

Məlumata görə, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb.