Bakıda ofisiantın meyiti tapıldı: Şadlıq evində müəmmalı ÖLÜM

23
Okt
22:35
thumb_down 0

Bakıda şadlıq evində ölüm hadisəsi olub.

Seher.Media Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsindəki şadlıq evlərindən birində qeydə alınıb.

Burada ofisiant işləyən 20 yaşlı Nurlan Abuzər oğlu Əliyevin meyiti tapılıb. Mərhum gəncin hansı səbəbdən öldüyü məlum deyil.

Hazırda araşdırma aparılır.