Aİ Rusiyanın ticarət tərəfdaşları arasında ilk üçlükdə

26
Okt
15:00
thumb_down 0

Avropa İttifaqı (Aİ) Rusiyanın üçüncü əhəmiyyətli ticarət tərəfdaşı olaraq qalır.

Seher.Media xəbər verir ki, bu barədə "Bild" Alman İqtisadiyyat İnstitutuna istinadən məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ildə Rusiyanın Aİ-yə ixracı 18 faiz artıb.

"Tərəflər arasında ümumi əmtəə dövriyyəsi 67,5 milyard avro təşkil edir", - məqalədə qeyd edilir.

Daha əvvəl "Reuters" agentliyi mənbələrə istinadən yazıb ki, Vaşinqton Aİ-nin Rusiya ilə ticarətə münasibətindən narazıdır. Nəşr qeyd edib ki, ABŞ avropalı müttəfiqlərinin əlavə sanksiyalar və ya rüsumlar şəklində ola biləcək növbəti böyük addımı atmasını istəyir.