Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

26
Okt
21:35
thumb_down 0

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Seher.Media xəbər verir ki, hadisə Ağamalı Sadıq küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əzizə Seymur qızı Məmmədlini avtomobil vurub.

Piyada elə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.