Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ABŞ prezidenti Donald Tramp barədə fikirlərini bölüşüb.
Seher.Media xəbər verir ki, jurnalist Pirs Morqan müsahibəsində ondan Trampa “Dünya üçün oynayan prezident Donald Trampa” sözləri yazılmış imzalı forma hədiyyə etməsinin səbəbi soruşub.
“Düşünürəm ki, o, dünyanı dəyişə bilən və ya dəyişməyə kömək edə biləcək insanlardandır”, – deyə Ronaldu müsahibəsinin yaxın zamanda yayımlanacaq ikinci hissəsinin anonsunda bildirib.(publika.az)