ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Türkiyənin istəyi ilə Suriyaya qarşı sanksiyaların ləğv edildiyini açıqlayıb.
Seher.Media xəbər verir ki, Amerika lideri mətbuat konfransında Suriya prezidenti Əhməd əl-Şaraya müraciət edib.
"Düşünürəm ki, o, əla iş görür. Bu, çətin bölgədir, lakin o, sərt oğlandır. Mənim onunla əla münasibətim olub və Suriyada əhəmiyyətli irəliləyiş var", - Tramp deyib.
Çıxışına davam edən ABŞ prezidenti bəyan edib ki, Türkiyə və bir sıra digər ölkələrin istəyi ilə Suriyaya qarşı sanksiyalar aradan qaldırılıb.
Ankaranın bölgədəki diplomatik prosesdə həlledici rolunu vurğulayan Tramp "Onlar istədilər, biz etdik" dedi.
"Biz onlara fasilə vermək istədik", - ABŞ prezidenti əlavə edib və regionda diplomatik balansda "əhəmiyyətli yumşalma" olduğunu qeyd edib.
