Qızılın qiyməti tarixi rekordu yenilədi

10
Noy
10:00
thumb_down 0

Nyu-York Ticarət Birjasının “Comex” bölməsində qızılın qiyməti yeni tarixi maksimuma yüksəlib.

Seher.Media xəbər verir ki, 2025-ci ilin dekabr fyuçersləri üzrə bir troya unsiyasının qiyməti 4 050 dollar həddini keçib.

Bakı vaxtı ilə saat 05:22-yə olan göstəriciyə əsasən, qızılın qiyməti 4 054,30 dollar olub (artım +1,16%). Bir neçə dəqiqə sonra, 05:28-də, qiymət 4 060 dollara (+1,3%) qədər yüksəlib.