Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb

10
Noy
14:35
thumb_down 0

Avstraliya Federal Parlamentində Avstraliya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb.

Seher.Media  xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı Səfirliyinin "X" hesabında bildirilib.

Qeyd edilib ki, qrupun yaradılması iki ölkə arasında parlamentar və diplomatik əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək və qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək.