"Cənubi Qafqazdakı proseslər artıq davamlı sülhə doğru irəliləyir"

16
Noy
02:35
thumb_down 0

ABŞ Cənubi Qafqazdakı proseslərə yaxından maraq göstərir.

Seher.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalına müsahibəsində deyib.

O bildirib ki, Cənubi Qafqazdakı proseslər artıq davamlı sülhə doğru irəliləyir.

Nazir xatırladıb ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanmasına ev sahibliyi edib.