Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib

16
Noy
17:00
thumb_down 0

Tovuz rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Seher.Media "Report"a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü V.Əhmədli, 1986-cı il təvəllüdlü R.Əhmədli, onların övladları 15 yaşlı D.Əhmədli və 12 yaşlı B.Əhmədliyə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Onların pendirdən zəhərləndikləri güman edilir.

Faktla bağlı araşdırma aparılır.