Kərə yağının istehsalında 10%-dən çox azalma

17
Noy
04:35
thumb_down 0

Azərbaycanda kərə yağının istehsalı azalıb. 

Seher.Media Valyuta.az-a istinadən xəbər verir ki, cari ilin ilk 10 ayı üzrə kərə yağının istehsalında 2 min 575,9 ton və ya 10,43% azalma müşahidə edilib. 

Belə ki, cari ilin yanvar-oktyabr ayları üzrə 22 min 115,5 ton kərə yağı istehsal olunub. 

Ötən ilin eyni dövründə isə kərə yağı istehsalı 24 min 691,4 ton təşkil edib. 

Rəsmi məlumatlara əsasən noyabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 174,3 ton olub.