"Qalatasaray" heyətini ulduz futbolçu ilə gücləndirmək istəyir

17
Noy
21:35
thumb_down 0

"Qalatasaray" "Atalanta"nın sol cinah hücumçusunu transfer etmək istəyir.

Seher.Media  xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, "Qalatasaray" klubunun qış transfer pəncərəsi üçün hazırladığı transfer siyahısında Ademola Lukmanın da adı var.

Lakin Lukman tək "Qalatasaray"ın deyil, bir çox digər klubların maraq dairəsinə düşüb.

Qeyd edək ki, Lukmanın "Atalanta" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.(oxu.az)

Qalatasaray heyətini ulduz futbolçu ilə gücləndirmək istəyir