Gürcüstan hökuməti Azərbaycanla münasibətləri nümunəvi adlandırıb

21
Noy
01:00
thumb_down 0

Gürcüstanın Azərbaycan və Ermənistanla münasibətləri nümunəvidir.

Seher.Media APA-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani deyib.

O, Gürcüstanın hər iki ölkə ilə hökumət səviyyəsində çox yaxşı kommunikasiyasının olduğunu bildirib.

Onun sözlərinə görə, Gürcüstan dənizə çıxışı olmayan səkkiz ölkə üçün dəhliz funksiyasını yerinə yetirir.

“Bu, Azərbaycan və Ermənistana da aiddir və bu baxımdan Gürcüstanın rolu və mövqeyi çox vacibdir”, - o əlavə edib.

Administrasiya rəhbəri Gürcüstanın yük daşımaları sahəsində Azərbaycan və Qazaxıstanla da çox sıx əməkdaşlıq etdiyini vurğulayıb.