Gəncədə 15 yaşlı şəxs bıçaqlandı

22
Noy
21:35
thumb_down 0

Gəncə şəhərində bıçaqlanma olub.

Seher.Media Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini, 2010-cu il təvəllüdlü N.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya gətirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.