Tovuzda avtomobil su kanalına düşüb

23
Noy
00:35
thumb_down 0

Tovuzda avtomobil su kanalına düşüb.

Seher.Media "Report"a istinadla xəbər verir ki, hadisə Düz Cırdaxan kəndində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq kanala düşüb.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.