Biləsuvarın bu ərazilərində işıq olmayacaq

24
Noy
10:00
thumb_down 0

Bu gün Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Seher.Media  xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 3.2 mVA gücündə transformatorda təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Nərimankənd qəsəbəsi və Səmədabad kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.