Kifayət Mustafayeva UEFA-dan təyinat aldı

24
Noy
13:00
thumb_down 0

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Seher.Media xəbər verir ki, o, UEFA Gənclər Liqasının əsas mərhələsində keçiriləcək "Qalatasaray" (Türkiyə) - "Union" (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş noyabrın 25-də İstanbulda yerləşən "Esenler Erokspor" stadionunda təşkil olunacaq.