Politoloq Vasif Əfəndiyev
Rusiya–Ukrayna müharibəsinin uzanması Moskvanı həm iqtisadi, həm də siyasi baxımdan ciddi şəkildə sarsıdıb. Qərbin yeni nəsil sanksiyaları Kremlin manevr imkanlarını məhdudlaşdırıb.
Belə bir şəraitdə istənilən sülh razılaşması Rusiya prezidenti Vladimir Putinin bir sıra tələb və şərtləri ilə yanaşı, onun üzərinə qoyulan regional öhdəlikləri də əhatə etməlidir. Vladimir Putinin tələbləri məlumdur və müharibədən uduşlu çıxmaq üçün hesablanıb.
Eyni zamanda razılaşmada gələcəkdə aqressiyanın təkara olunmaması öhdəlikləri yer almamlıdır.Sülhün davamlı olması üçün yalnız Ukrayna ilə bağlı deyil, həm də Rusiyanın ətraf regionlara qarşı davranışını tənzimləyən əlavə təminatlar tələb olunur.
Kreml Qafqaza qarşı hərbi müdaxilə etməyəcəyinə dair hüquqi öhdəlik götürməlidir. Bu, xüsusilə Gürcüstan və Azərbaycan üçün regional sabitlik elementidir.
Orta Asiya respublikalarının suverenliyinə toxunmamaq və bu ölkələrin daxili proseslərinə hərbi basqı göstərməməli və Baltik ölkələrinə qarşı hücum və ya təzyiq siyasətinini dayandırmalıdır.
NATO üzvü olmalarına baxmayaraq, Moskvanın hibrid metodlarından qorunma üçün bu, razılaşmaya daxil edilməlidir. Hərbi kontingentin qonşu ölkələrin sərhədlərinə yaxın kütləvi şəkildə cəmləşdirilməsinin məhdudlaşdırılmalıdır.
Belə bir sülh razılaşması yalnız Ukrayna üçün deyil, bütövlükdə Avrasiya regionunun təhlükəsizlik arxitekturasının yenidən qurulması üçün mühüm platforma ola bilər.
Razılaşmaya Rusiyanın Qafqaz, Orta Asiya və Baltikyanı dövlətlərə qarşı hərbi ekspansiya etməyəcəyinə dair konkret bəndlərin salınması gələcəkdə yeni böhranların qarşısını alacaqdır.