1-ci sinif şagirdi məktəbin həyətində öldü

28
Noy
14:35
thumb_down 0

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.

Seher.Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.

Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.

Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.