"Krivbas"ın keçmiş məşqçisi Yuri Vernidub "Neftçi"yə keçidi barədə mediada yayılan xəbərlərə münasibət bildirib.
Seher.Media xəbər verir ki, məşqçi məlumatın həqiqətəuyğun olmadığını bildirib.
"Mən heç kimlə, hətta jurnalistlərlə də danışmamışam. Mən sadəcə Zaporojyedə mağazada, küçədə gəzirəm", - Vernidub deyib.
Lakin mütəxəssis danışıqların mövcudluğunu təsdiqləməkdən və ya inkar etməkdən imtina edib.
"Heç nə deməyəcəyəm və demək istəmirəm. Çünki bunun üçün heç bir əsas yoxdur", - deyə məşqçi bildirib.(oxu.az)