"Qudurublar, qardaşın-zadın deyiləm" - Taksi sürücüsü uşağına görə ananı təhqir etdi - VİDEO

29
Noy
19:35
thumb_down 0

Bakıda taksi sürücüsü ilə sərnişin arasında insident yaşanıb.

Seher.Media -ın məlumatına görə, Zaur adlı "Bolt" taksi sürücüsü (Toyota Axio, 77-QT-270 nömrə nişanlı) azyaşlı uşağı olan qadına qarşı təhqiramiz ifadələr işlədib.

Belə ki, mübahisə 3 yaşlı uşağın ayaqqabısının oturacağa dəyməsi nəticəsində yaşanıb.

Videoda taksi sürücüsünün "Qudurublar e, nökərinəm mən sənin?! Adam kimi otur maşında" deməsi yer alıb.

Qadın isə "Ay qardaş, sənin qarşından qadın xeylağıdır, qucağında 3 yaşlı uşaq" söyləsə də avtomobili idarə edən şəxs buna məhəl qoymayıb.

Sürücü "Mənə "qardaş" demə, sənin qardaşın-zadın deyiləm" bildirərək sərnişinlə kobud davranıb.

Qadın polisə şikayət ərizəsi verib və araşdırma aparılır.