Salyan rayon Vəhdət Partiyası təşkilatının sədri Sahil Rəhimov
Əli Kərimlinin həbs xəbəri ölkədə bəzilərinin canına qorxu salıb. Nədən?
Çünki illərdir özlərinə "lider" bildikləri Əli Kərimli oturmuşdu Ramiz Mehdiyevin xalatının altında, özlərini "toxunulmaz" hiss edirdilər. Əli Kərimlinin zaman-zaman öz məsləkdaşlarına xəyanət elədiyi heç kimə sirr deyil.
Buna baxmayaraq hələ də Ə. Kərimlidən nicat gözləyən bəzi cahillər var idi. Çünki Ə. Kərimli onların hər birini inandırmışdı ki, arxamızda Ramiz Mehdiyev boyda "nəhəng" dayanıb.
Lakin nə Əli Kərimli, nə Ramiz Mehdiyev, nə də onların tərəfdarları dərk edə bilməmişdilər ki, Azərbaycan Respublikasının başında dayanan şəxs, ölkədə kimin kim olduğunu dəqiq bilir və zamanı gəldikcə hər kəsə layiq olduğu yeri verir.
Ramiz Mehdiyevin düzəltdiyi "müxalifət" elə Ramiz qədər ömür edəcəyini anlamayan birinə ümid edənlər də, məhz bunlar ağılda adamlardır.
Bizdə bir ölkə vətəndaşı olaraq, uzun illər siyasi fəaliyyətdə olan bir şəxs olaraq, ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin yanındayıq və hər zaman dəstəkləyirik.
Ölkə rəhbərimiz əsl zamanında Ramiz Mehdiyev komandasını ifşa edib, səliqəli halda onları zərərsizləşdirdi. Artıq hər birimizə məlumdur ki, Ramiz Mehdiyevin ölkəmizə və ölkə rəhbərimizə qarşı elədiyi xəyanətin bir qolu da bu saxta müxalifətçilər imiş.
Nəhayət ki, zaman gəlib çatdı. İllərlə dövlətimizin apardığı siyasətə kölgə salamaga cəhd edən, ən yaxın silahdaşlarına dəfələrlə xəyanət edən Əli Kərimli layiq olduğu yerə göndərildi.
Sözümü bir atalar sözü ilə bitirmək istəyirəm.
Dövlət öz atını da, itini də yaxşı tanayır. Zamanı gələndə atına nal vurar, itinə zəncir.