6 aylıq körpə xəstəxanada öldü

30
Noy
22:00
thumb_down 0

Cəlilabadda 6 aylıq körpənin ölümü qeydə alınıb.

Seher.Media xəbər verir ki, rayon sakini, Amiq Mirzəyevin səhhətində problem yaranan 6 aylıq övladı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Körpəni müayinə edən həkim ona iynə vurub. Valideynin sözlərinə görə, iynədən sonra körpənin vəziyyəti daha da ağırlaşıb. Körpə paytaxtdakı xəstəxanalardan birinə aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report)