Bakıda orta əməkhaqqı artıb

3
Dek
11:35
thumb_down 0

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 360,4 manat təşkil edib.

Bu barədə Seher.Media -a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-sentyabr ayları ilə nisbətən 8,6 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 % artaraq 1 087,7 manat təşkil edib.