Bakıda 200 manata meyvə satılır

3
Dek
19:00
thumb_down 0

Hər il olduğu kimi bu il də payız, qış mövsümündə alça və gilasın qiyməti kəskin bahalaşıb. 

Seher.Media milli.az-a istinadən xəbər verir ki, kiloqramı 100-200 manata satılan meyvələrin alıcısı da çoxdur. Satıcıların sözlərinə görə, hər iki meyvə xaricdən gəlir:

"Gilasin kilosu 100, alça isə150, 200 manata, çiyələyin kilosu isə 15-20 manata satılır. Satıcılar bildirirlər ki, bu meyvələr keçən il 300-350 manat arası idi". 

Bəs qiymətlər niyə bahadır? 

"Qiymətlərin baha olmasına səbəb məhsulların xaricdən gəlməsi ilə bağlıdır. Məhsul təyyarə ilə gələndə 20-30 manat daha baha olur, amma tırla gələndə daha münasibdir. Hər məhsulun özünün alıcısı var". 

Sakinlər isə qiymətləri çox baha hesab edirlər. Necə deyərlər könlü balıq istəyənin quyruğu suda olmalıdır.