Sabah Coratda qaz olmayacaq

9
Dek
16:00
thumb_down 0

Sabah Corat qəsəbəsində 650 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Seher.Media -a verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 10-da 650 abonentin qaz təchizatında fasilə olacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.