Naxçıvanda qar örtüyünün hündürlüyü 3 sm olub

10
Dek
21:35
thumb_down 0

Naxçıvanın Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 3 santimetr qeydə alınıb.

Seher.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin saat 18:45-ə olan məlumatına əsasən, bölgədə hava şəraiti dəyişkən olmaqda davam edir.

Yüksək dağlıq ərazilərdə yağıntıların intensivləşməsi ehtimal edilir.

Hidrometeorologiya Mərkəzi sürücülərə və dağlıq ərazilərə səfər edən şəxslərə ehtiyatlı olmağı tövsiyə edir.