Bakıda oğul atasını öldürüb

11
Dek
22:35
thumb_down 0

Sabunçu rayonu ərazisində yaşadıqları evdə oğul atanı ailə münaqişəsi zəminində qətlə yetirib.

Seher.Media xəbər verir ki, dekabrın 11-də axşam saatlarında 2006-cı təvəllüdlü Ayxan Vəlizadə atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb.

Polis cinayət əməlində şübhəli bilinən A.Vəlizadəni saxlayıb.

Araşdırma aparılır.