Nazirliyin qurumu avtomobillər alır: pul ayrıldı

16
Dek
15:35
thumb_down 0

Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidməti üç avtomobil alır.

Seher.Media -ın əldə etdiyi məlumata görə, minik maşınları Neftqayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi üçün sifariş ediləcək.

Belə ki, nazirliyin qurumu 3 ədəd nəqliyyat vasitəsinə görə təxminən 192 min manat ayırıb.

Dövlət Xidməti razılaşacağı şirkətlə müqavilə bağlayacaq.

Müasir tələblərə uyğun şəkil sifariş veriləcək minik maşınları sedan növündən olmalıdır.

Seher.Media