Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib

21
Dek
02:00
thumb_down 0

Şəkidə canavar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib.

Seher.Media xəbər verir ki, hadisə Bideyiz kəndində baş verib.

Belə ki, canavar kənd sakinləri; 5 yaşlı Zaur Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova və 52 yaşlı Gündüz Lətifovu yaralayıblar.

Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.(report)