Ər-arvad dəm qazından öldü

24
Dek
10:35
thumb_down 0

Saatlı rayonunda 2 nəfər dəm qazından ölüb.

Seher.Media  xəbər verir ki, hadisə dünən rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakinləri - İsmayılov İbrəhim Hüseyn oğlu və həyat yoldaşı İsmayılova Pəri Edil qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək vəfat ediblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.