Türkiyədə Azərbaycan məhsulları təqdim olunacaq

24
Dek
12:00
thumb_down 0

Türkiyənin media resursları və ictimai yerlərində Azərbaycan məhsullarına dair reklam xarakterli materiallar paylaşılacaq.

Seher.Media -ın məlumatına görə, bununla bağlı Azərbaycan və Türkiyə tərəfləri müqavilə bağlayıb.

Bundan əlavə, “Made in Azerbaijan” rəfləri müvafiq mağaza şəbəkələrində yerləşdiriləcək.

İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi "RAA Medya Anonim" şirkəti ilə razılaşma əldə edib. Layihənin dəyəri 49 min manatdan bir qədər çoxdur.