Bakıda müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

26
Dek
15:35
thumb_down 0

Bakı şəhərində təhsilverənlərin orta aylıq əmək haqqı açıqlanıb.

Bu barədə Seher.Media -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1088 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 590 manat təşkil edib.