İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək

10
Yan
16:00
thumb_down 0

İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək.

Seher.Media xəbər verir ki, bu barədə Azərbaycan-İsrail Alyansı AIA Global məlumat verib.

Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılıb.

Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək.