"Mançester Siti" yeni transferini açıqlayıb

20
Yan
00:00
thumb_down 0

İngiltərə millisinin müdafiəçisi Mark Qehi ölkəsinin "Mançester Siti" klubuna transfer olunub.

Seher.Media xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

O, Mançester təmsilçisi ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Mark Qehi 2021-ci ildən "Kristal Pelas"da çıxış edirdi. Bundan başqa o, yığmanın heyətində 26 oyunda forma geyinib və 1 qol vurub.(report)