Buzlaşma səbəbindən bu yolda nəqliyyatın hərəkətində çətinlik yaranıb

20
Yan
23:35
thumb_down 0

Hazırda Yasamal rayonu, Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb. Bu səbəbdən yol-nəqliyyat hadisəsi baş verib.

Seher.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Hazırda nəqliyyat vasitələrinin hərkətinin bərpa edilməsi üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.