Bu uşaq qidasında zərərli maddə aşkarlandı - FOTO

22
Yan
12:00
thumb_down 0

Azərbaycan idxal olunan uşaq qidasında zərərli maddə aşkarlanıb.

Seher.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

İsveçrədən ölkəmizə idxal edilən "Hochdorf Swiss Nutrition Ltd" müəssisəsinin istehsalı olan "Swissneo 1" əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında "Sereulid" çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.