Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın başlayıb.
Bu barədə Seher.Media -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.