Orxan Məmmədov direktoru işdən çıxartdı

12
Fev
20:35
thumb_down 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB evinin direktoru dəyişib.

Seher.Media xəbər verir ki, bununla bağlı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaur Qasımbəyov direktor vəzifəsindən azad edilib.

Digər əmrlə, Bakı KOB evinin direktoru vəzifəsinə Yusif Bağırov təyin olunub. (İqtisadiyyat.az)