Qubada marşrut avtobusu qəzaya düşdü: Xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB + FOTO

23
Okt
22:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

“Report”un məlumatına görə, yaralılar - 1997-ci il təvəllüdlü Roman Nizami oğlu Bağırov, 2006-ci il təvəllüdlü Fidan Mehzer qızı Ehmedi, 1983-cu il təvəllüdlü Vusalə Subhan qızı Həsənova, 2003-cü il təvəllüdlü Aisə Eldar qızı Kərimova, 1991-ci il təvəllüdlü Elxan Məcid oğlu Zalov, 1994-cü il təvəllüdlü Tərlan Zeynal oğlu Zalov və 2009-cu il təvəllüdlü Fəqan Məcid oğlu Zalovdur.

Xəsarət alanların hamısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

20:46

Qubada mikroavtobusun minik avtomobili ilə toqquşmasi nəticəsində yeddi nəfər yaralanıb.

APA xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

VAZ-2106 markalı minik avtomobili ilə Quba - Zərdabi marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Qəzanın başvermə səbəbləri araşdırılır.