Alma hansı xəstəliklərin düşmənidir? - Diyetoloqdan XƏBƏRDARLIQ

27
Okt
07:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı diyetoloq Yelena Solomatina almanın hansı xəstəliklərdə orqanizmə ziyanlı olduğu barədə danışıb.

Həkim meyvənin mədənin selikli qişasını qıcıqlandıra bilən liflə zəngin olduğunu bildirib. Qeyd edib ki, bu lif pektinlərdən ibarətdir və kifayət qədər yumşaqdır, lakin kəskinləşmə zamanı narahatlığa səbəb ola bilər. Ona görə də mədə-bağırsaq traktının xəstəlikləri varsa, alma yeməmək daha yaxşıdır.

“Şəkərli diabet varsa, şirin meyvələrdən, mədə-bağırsaq xəstəlikləri varsa, turş meyvələrdən uzaq durmaq lazımdır. Xora, qastrit, pankreatit və yüksək turşuluqdan əziyyət çəkənlər çox diqqətli olmalıdırlar”, - deyə diyetoloq vurğulayıb.

Solomatina onu da qeyd edib ki, bəzi insanların almaya qarşı allergiyası var. Bu zaman almadan uzaq durmaq lazımdır.

Mənbə: Rambler