Livanda partlayışlarda ölənlərin sayı artıb

19
Sen
17:00
thumb_down 0

Çərşənbə günü Livanda baş verən simsiz rabitə cihazlarının partlayışları nəticəsində ölənlərin sayı 20-dən 32-yə yüksəlib.

seher.media-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad bildirib.

O, yaralıların dəqiq sayını açıqlamayıb, lakin sentyabrın 17 və 18-də peycer, "Icom IC-V82" portativ ratsiyalar, smartfonlar və digər litium-ion batareyalı və günəş panelli cihazların partlamasından sonra xəstəxanalarda minlərlə yaralının qaldığını deyib.

Bundan əvvəl "Hizbullah" partiyasının silahlı qanadı simsiz rabitə cihazlarının partlaması zamanı 20 döyüşçü və komandirinin öldüyünü bildirmişdi.

Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri də daxil olmaqla 2.8 minə yaxın insan yaralandı. Bir gün sonra, sentyabrın 18-də simsiz rabitə cihazlarının ikinci dalğa . Bu dəfə ölənlərin sayı artdı, həmçinin daha 460 nəfərin yaralandığı açıqlandı. Təkrar kiberhücum zamanı "Icom IC-V82" portativ ratsiyalar, smartfonlar və digər litium-ion batareyalı, həmçinin günəş panelli cihazlar partlayıb. "Reuters" agentliyinin məlumatına görə, ratsiyalar "Hizbullah" hərəkatı tərəfindən təxminən beş ay əvvəl, partlayan peycerlərlə, demək olar ki, eyni vaxtda alınıb.