Türkiyədə “uşaqlara qarşı cinsi istismar” kimi bir çox cinayətdə ittiham olunan və mütəşəkkil cinayətkar dəstə ilə bağlı iş üzrə həbs cəzası alan Adnan Oktarla bağlı daha bir iddia səslənib. Belə ki, Türkiyənin məşhur ifaçısı Aleyna Tilki cinayətkar dəstənin onu da tələyə salmağa çalışdığını iddia edib.
İfaçının sözlərinə görə həmin vaxt o, 13 yaşında olub. Həmin vaxtlar Tilki arada tələbə yataqxanasının reklamında anasına dəstək olmaq üçün Mərmərə Universitetinin qarşısında reklam broşürləri paylayırdı. Qızın sözlərinə görə, “kedicik”lərdən biri ona yaxınlaşaraq məşhurluq təklif edib.
“Çox istedadlısan, albom çıxarmalısan”, - deyə ona e-mail ünvanını verib.
Ancaq anasının diqqətli davranışından sonra Aleyna Tilki Adnan Oktar cinayət təşkilatı ilə əlaqə saxlamaqdan son anda xilas olub.
Qeyd edək ki, Adnan Oktar 8 658 il həbs cəzasına məhkum edilib. Bu həbsdən sonra sözügedən təşkilatın üzvü olan “kedicik” adlı qadınlara qarşı edilən şiddət və təhqirlər bütün çılpaqlığı ilə ortaya çıxıb.
Təşkilat üzvlərinin gənc qızları alış-veriş mərkəzlərində tələyə saldıqları üzə çıxdıqdan sonra Eser Yenenlerin həyat yoldaşı Berfu Yenenler də Adnan Oktarın şəbəkəsinə düşməkdən çətinliklə xilas olduğunu bildirib.
Mənbə: En Son Haber