Daha bir boksçu 59 yaşında rinqə çıxıb

20
Noy
23:00
thumb_down 0

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Oliver Makkoll həmyerlisi, 54 yaşlı amerikalı Steysi Freyzeri məğlub edib.

seher.media xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Noyabrın 19-dan 20-nə keçən gecə Neşvildə keçirilən döyüş dörd raundda nokautla başa çatıb. Bu, 59 yaşlı idmançı üçün 2018-ci ildən bəri ilk döyüş olub.

Makkolun karyerasını bərpa etmək üçün əvvəlki cəhdi 2018-ci ildə baş verib. Həmin il iki rəqibini məğlub etmişdi.

Xatırladaq ki, ötən 58 yaşlı Mayk Tayson yutuber Ceyk Polla rinqə çıxmış və 8 raundunb yekununda məğlub olmuşdu.