XİN: “Bakı minlərlə səhifəlik sübuta əsaslanaraq İrəvana qarşı BCM-də iddia qaldırıb”

30
Okt
14:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ermənistanın Azərbaycan ərazilərini uzun müddət qanunsuz işğal etməsi ilə bağlı minlərlə səhifəlik sübuta əsaslanaraq Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıb.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.

“Qeyd edim ki, bu il yanvarın 23-də rəsmi Bakı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın qanunsuz hərbi işğalı, etnik azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, soyqırımlarının törədilməsi və insanlığa qarşı digər cinayətlərlə bağlı min səhifəlik sübuta əsaslanan əsas iddiasını Beynəlxalq Məhkəməyə təqdim edib”, - deyə nazir müavini bildirib.

Diplomat bildirib ki, bu cür şikayətlərə beynəlxalq məhkəmələrdə baxılması xarakteri nəzərə alınaraq, yaxın illərdə bu iddiaya baxılacaq:

“Qeyd etmək istərdim ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlər sadəcə olaraq təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, onilliklər ərzində Ermənistanda geniş şəkildə təbliğ edilən etnik nifrət və radikal millətçi ideoloji “tsexakronizm” xəttinə əsaslanır. Bizim dövlətlərarası iddiamız da məhz buna işarə edir”.

O əlavə edib ki, Ermənistanın ideologiyası etnik ermənilərin bərabər hüquqlarını və iki xalqın birgə yaşayışını təşviq edən Azərbaycan hakimiyyətinin yanaşmasına tamamilə ziddir.