Türkiyəli həkim danışdı: Hansı əlamətlər uşaqlarda qan xərçənginin xəbərçisi ola bilər? - FOTO

2
Noy
04:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Leykemiya sümük iliyindəki qan hüceyrələrinin anormal şəkildə böyüdüyü xərçəng növüdür və uşaqlar arasında ən çox rast gəlinən xəstəliklərdəndir.

Müəyyən simptomlarla özünü büruzə verən leykemiya zamanı erkən diaqnoz həyati əhəmiyyət kəsb edir.

Bununla bağlı türkiyəli uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Erol Aynacı danışıb.  

Erol Aynacının sözlərinə görə, uşaqlarda davamlı qızdırma bir çox müxtəlif səbəblərdən qaynaqlana bilər və bu səbəblərdən birinin də leykemiya olması mümkündür.

“Keçməyən yorğunluq halı və dəridə göyərmələr xəstəliyin ən bariz əlamətləri ola bilər. Erkən diaqnoz və düzgün müalicə bu xəstəliklə mübarizədə mühüm rol oynayır”, - deyə o bildirib.

“3 gündən çox dərman qəbul etməsinə baxmayaraq, uşaqlarda yüksək hərarətin düşməməsi tibbi müalicə tələb edən vəziyyət olduğuna işarə ola bilər. Əgər uşağınızın davamlı qızdırması olursa və bununla bağlı narahatlıq keçirirsinizsə, bir tibb işçisi ilə əlaqə saxlamalı, tibbi müayinələrdən keçməlisiniz. Leykemiya kimi ciddi bir vəziyyət erkən diaqnoz və müalicə ilə daha yaxşı nəticələr verə bilər. Buna görə də həkimə müraciət etmək vacibdir”, - deyə Erol Aynacı əlavə edib.

Mənbə: Haber Global