Türk diasporları arasında koordinasiyanın gücləndirilməsi məsələsi müzakirə olunub - FOTO

22
Noy
16:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bişkekdə türk dövlətlərinin diaspor qurumları rəhbərlərinin beşinci toplantısı çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) diaspor institutları və türk diasporları arasında koordinasiyanın gücləndirilməsi məsələsi müzakirə olundu”.

Bunu TDT-nin baş katibi Kubanıçbek Omurəliyev “X” hesabında yazıb.

Onun sözlərinə görə, türk dövlətlərinin diaspor institutları rəhbərlərinin Bişkek toplantısı məhsuldar keçib.

“2023 Diaspor Birgə Fəaliyyət Planı” ilə irəliləyişlərin əldə edilməsi və Türk Diaspor Forumu kimi layihələrin həyata keçirilməsini müzakirə etdik”, - deyə o bildirib.