Ata və oğlunun öldüyü hadisə ilə bağlı hökm oxundu

18
Sen
22:35
thumb_down 0

Ötən ilin noyabrında Ağsu dolaylarında ata və 15 yaşlı oğlunun ölümü ilə nəticələnən qəzanı törətmiş sürücüyə hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, rayonun Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsən Həsənli Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya da ha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmə) maddəsi ilə təqsirli bilinib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd olunub. Həmin cəzanın başa çatmasından sonra H.Həsənlinin 3 il nəqliyyat vasitəsi idarə etməsi də qadağan edilib.

Qeyd edək ki, hadisə vaxtı H.Həsənlinin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil aşıb. Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Əmir Ağaxan oğlu Xangəldiyev və 2008-ci il təvəllüdlü Məsud Əmir oğlu Xangəldiyev ölüblər, sürücü isə xəsarət alıb.

Ölən ata və oğul yolda H.Həsənlinin maşınına miniblər və Şamaxıya sənəd düzəltdirməyə gedirlərmiş.