İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi bəlli olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəzada beş Hindistan vətəndaşı - Nariş Govda, Kishoranjan, Naqeş Subramanya, Ballenahallı Hirannaian, Mysuru Basavaraju və bir Azərbaycan vətəndaşı Rəsul Mübariz oğlu Şirinov xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
23:23
İsmayıllı rayonunda baş verən qəza ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına altı nəfər (cinsləri kişi olmaqla) yerləşdirilib.
Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, onlardan biri Azərbaycan, digərləri Hindistan vətəndaşlarıdır. Tibb müəssisəsinin müvafiq şöbəsində müayinə və müalicələri davam etdirilən pasiyentlərdən birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Azərbaycan vətəndaşının vəziyyəti orta ağırdır.
22:18
Bakı-Şamaxı-İsmayıllı yolunda “Mercedes Vito” aşıb, altı nəfər xəsarət alıb.
Bununla bağlı seher.media-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə İsmayıllı rayonu ərazisində, Muğanlı-İsmayıllı yolunun 26-ci kilometrində, üzü Bakı istiqamətində qeydə alınıb:
“Avtomobilin sürücüsü azərbaycanlı, beş nəfər sərnişin isə ərəbəsilli turistlərdir. Onlar yüngül xəsarətlər alıblar. Onu da bildirək ki, yolun həmin hissəsində təmir işləri aparılırdı”.
Aysel Aslan