Suriyada ağır qəza: Çox sayda ölən var

7
İyl
19:54
thumb_down 0

Suriyanın Homs əyalətinin cənubunda avtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, 37 nəfər yaralanıb.

Bu barədə Suriya Daxili İşlər Nazirliyi öz sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, avtobus Homs-Dəməşq magistral yolunda aşıb.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Mənbə: TASS